Modern.az

Aksiyada hücuma məruz qalan gürcü jurnalist öldü

Aksiyada hücuma məruz qalan gürcü jurnalist öldü

Aktual

11 İyul 2021, 10:51

İyulun 5-də Gürcüstanda LGBT tərəfdarlarının "Qürur yürüşü" əleyhinə aksiyalar zamanı hücuma məruz qalaraq yaralanmış media işçisi xəstəxanada vəfat edib.

 

Modern.az Gürcüstanın İctimai telekanalına istinadən xəbər verir ki, "Pirveli TV"nin operatoru Lesko Laşkarava bir neçə gündür müalicə aldığı klinikada vəfat edib. Onun ölümünün səbəbinin hələlik dəqiq müəyyən edilmədiyi bildirilir.

 

Qeyd edək ki, polis media işçisinə hücumla əlaqədar iki nəfəri saxlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV