Modern.az

Bu bizim söhbətimizdir, düşmənlə də... - Qaxariya Rusiya ilə danışıqlara toxundu

Bu bizim söhbətimizdir, düşmənlə də... - Qaxariya Rusiya ilə danışıqlara toxundu

Aktual

11 İyul 2021, 11:49

"Bizim əvəzimizə heç kim Rusiya ilə danışmayacaq - bu addımları soyuq bir düşüncə ilə praqmatik şəkildə atmalıyıq".

 

Modern.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu sözləri "Gürcüstan Naminə" partiyasının lideri Giorgi Qaxaria, Rusiya ilə münasibətlər barəsində danışarkən deyib.

 

Onun sözlərinə görə, bu nə qədər gec olsa, Gürcüstan bir o qədər çox ziyan görəcək:

 

"Hamımız başa düşməliyik ki, düşmənlə də danışmalıyıq - bu bizim söhbətimizdir! Bizim əvəzimizə heç kim işğalçı ilə danışmayacaq - bu addımları soyuq bir düşüncə ilə praqmatik şəkildə atmalıyıq, biz bunu etməliyik! Bunu nə qədər gec etsək, bir o qədər çox ziyan görəcəyik! Bu gün bunu qəbul etməliyik ki, bunu bizdən başqa heç kim etməyəcək və təbii ki, bu beynəlxalq tərəfdaşlarımız tərəfindən dəstəklənməlidir", - deyə G. Qaxaria bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV