Modern.az

Jurnalistin ölümü ilə bağlı Tbilisidə etiraz aksiyası 

Jurnalistin ölümü ilə bağlı Tbilisidə etiraz aksiyası 

Aktual

11 İyul 2021, 13:49

5 iyul tarixində Tbilisidə radikal aksiya iştirakçıları tərəfindən döyülən media nümayəndəsi Lekso Laşkaravanın dünyasını dəyişməsi ilə bağlı bu gün etiraz aksiyası elan olunub.

 

Modern.az xəbər verir ki, "Gürcüstan Naminə" hərəkatının elan etdiyi aksiya saat 18:00-a təyin edilib. Hərəkatın üzvləri, baş verən hadisələrdə hökuməti günahlandırırlar, onlar Baş nazir İrakli Qaribaşvilinin 5 iyul tarixində etdiyi bəyanatının baş verən hadisələrə səbəb olduğunu bildirirlər və bu səbəbdən höküməti istefaya səsləyirlər. Hərəkatın üzvləri aksiyanın adını simvolik olaraq "Yaşamaq Üçün Gəl" qoyublar.

 

Xatırladaq ki, baş nazir İrakli Qaribaşvili 5 iyul tarixində LGBT-lərin Tbilisidə keçirəcəyi paradı ağlabatan saymadğını ifadə etmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV