Modern.az

Gürcü baş nazirdən jurnalistin ölümü ilə bağlı açıqlama

Gürcü baş nazirdən jurnalistin ölümü ilə bağlı açıqlama

Aktual

11 İyul 2021, 15:28

Baş nazir İrakli Qaribaşvili "TV Pirveli" kanalının operatoru Aleksandre Laşkaravanın ölümü ilə bağlı paylaşım edib.

 

Modern.az Gürcüstan mediasına istinadla xəbər verir ki, Qaribaşvili "Facebook" vasitəsilə etdiyi paylaşımda media nümayəndəsinin ailəsinə başsağlığı verərək, məsələ ilə bağlı Daxili işlər nazirliyinin hərəkətə keçdiyini bildirib.

 

"Lekso Laşkaravanın ölümü ilə bağlı ağır kədər hissi duyuram. Bu ağılagəlməz bir fəlakətdir. Belə bir ağır gündə onun ailəsinə və yaxınlarına, TV Pirveli kollektivinə başsağlığı verirəm. Daxili işlər nazirliyi artıq istintaq başladıb və qısa bir vaxta ictimaiyətə məlumat veriləcək,"-deyə baş nazir paylaşımında bildirib.

 

Qeyd edək ki, 5 iyul tarixində "Ayıbdır" hərəkatının ofisinə hücum edən radikal qrup üzvləri tərəfindən ağır fiziki şiddətə məruz qalmış "TV Pirveli" kanalının operatoru Aleksandre Laşkarava bu gün dünyasını dəyişib. Ümumilikdə sözügedən tarixdə Tbilisidə radikal qrupların hücumu nəticəsində 55-dək media nümayəndəsi xəsarət alıb.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV