Modern.az

GUAM-ın növbəti toplantısı Gürcüstanda baş tutacaq

GUAM-ın növbəti toplantısı Gürcüstanda baş tutacaq

Aktual

11 İyul 2021, 16:22

GUAM Parlament Assambleyasının (PA) növbəti plenar iclasının noyabr ayında Tiflisdə keçirilməsi planlaşdırılır.

 

Modern.az xəbər verir ki, bunu Gürcüstanın GUAM-dakı nümayəndə heyətinin rəhbəri, xarici işlər nazirinin müavini Teymuraz Cancaliya qurumun Milli Əlaqələndiricilər Şurasının 55-ci iclasında çıxışı zamanı deyib. İclasda qanunvericilik sahəsində GUAM əməkdaşlığı, həmçinin təşkilatın tərəfdaş ölkələr və digər beynəlxalq qurumlar ilə əlaqələrinə dair məsələlərin müzakirəsi nəzərdə tutulur.

 

Həmçinin regional təhlükəsizliyə birgə yanaşma, transsərhəd cinayətkarlığa qarşı mübarizə, dayanıqlı gələcək üçün səylərin artırılması məsələləri müzakirə ediləcək.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV