Modern.az

Tramp prezident seçkiləri ilə bağlı qərarını verdi

Tramp prezident seçkiləri ilə bağlı qərarını verdi

Aktual

11 İyul 2021, 20:22

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəyinə dair artıq qərar verdiyini bildirib.

 

Modern.az TASS-a istinadla xəbər verir ki, lakin o, seçki kampaniyasının maliyyələşdirilməsində yarana biləcək problemlər səbəbi ilə hələlik qərarının nə olduğunu açıqlaya bilmədiyini söyləyib:

 

"Bəli, bir qərar verdim, bu dəqiqdir. Ancaq kampaniyanın maliyyələşdirilməsində yarana biləcək çətinliklər səbəbindən hələ bunu açıqlaya bilmirəm".

 

Tramp bu çətinliklərin nə olduğuna aydınlıq gətirməyib.

 

Qeyd edək ki, Tramp bu il 28 fevralda Florida ştatının Orlando şəhərində keçirilən konfransda çıxışı zamanı yenidən prezidentlik uğrunda mübarizədə iştirak edə biləcəyini etiraf etmişdi.

 

O, Ağ Ev uğrunda mübarizədə respublikaçı namizədin qələbə qazanacağına inandığını da bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV