Modern.az

Azərbaycan XİN İraqa başsağlığı verdi

Azərbaycan XİN İraqa başsağlığı verdi

Aktual

13 İyul 2021, 10:42

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İraq hökumətinə başsağlığı verib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə XİN-in "Twitter" səhifəsində bildirilib.

 

"İraqın Nasiriyə şəhərindəki Əl-Hüseyni xəstəxanasında baş vermiş yanğın bizi dərindən kədərləndirdi. Yanğın qurbanlarının ailələrinə və İraq xalqına başsağlığı veririk. Bu çətin anlarda İraq hökumətinin və xalqının yanındayıq”, - deyə qeyd olunub.

 

Xatırladaq ki, İraqda COVID-19 xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın baş verib. Hadisə nəticəsində 58 adam ölüb, xeyli sayda adam xəsarət alıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir