Modern.az

İsraildə üçüncü doza vaksinin vurulmasına başlanıldı

İsraildə üçüncü doza vaksinin vurulmasına başlanıldı

Aktual

13 İyul 2021, 10:54

Vaksinasiya prosesindəki müvəffəqiyyəti ilə diqqət çəkən İsraildə artan “delta” ştammından sonra eyni peyvəndin üçüncü dozasının vurulmasına başlanılıb.  İmmuniteti zəif və iki doza Pfizer & BioNTech peyvəndi olan şəxslərə üçüncü doza vaksin vurulacaq.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, İsrailin Səhiyyə naziri Nitzan Horovitz bu qərarın dərhal qüvvəyə minəcəyini bildirib:

 

“İki doza Pfizer və BioNTech peyvəndi olanlar və immuniteti  zəif olan şəxslər üçüncü doza vaksin vurdurmalıdırlar. Digər şəxslərin üçüncü doza vaksin olunub-olunmaması ilə bağlı mövzu üzərində çalışdıqlarını da qeyd edib”.

 

Dekabr ayından etibarən 9,3 milyon əhalisinin 57%-ni  peyvənd edən İsraildə məhdudiyyətlər ilk dəfə keçən yumşaldılıb və son həftələrdə xəstəlik sayının artması ilə yenidən məhdudlaşdırılıb. “Delta” variantından sonra ölkədə birrəqəmli yoluxmanın sayı 450-ə yüksəlib.

 

Mehri Qurban

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV