Modern.az

Azərbaycanın öz dinini uca tutan və öz xalqını sevən lideri var

Azərbaycanın öz dinini uca tutan və öz xalqını sevən lideri var

Aktual

13 İyul 2021, 11:10

Azərbaycan xalqı qədim zamanlardan bu günə kimi sitayiş etdiyi İslam dininin bütün dini bayramlarını, dini mərasimlərini layiqli şəkildə yaşadır. Xalqımız İslam dininin ən gözəl bayramlarından biri olan Qurban bayramını da hər zaman təntənə ilə qeyd edir. Dini ayinlərin və bayramların qadağan edildiyi Sovetlər Birliyi zamanı da Azərbaycan xalqı Qurban bayramını gizlin şəkildə də olsa keçirib, ata-babalarımız özlərindən sonra gələn övladlarına Uca Tanrının buyurduğu bu bayramı keçirməyi və qoruyub saxlamağı tövsiyyə edib.

 

Müstəqillik qazandıqdan sonra ölkəmizdə Qurban bayramı dövlət səviyyəsində keçirilməyə başlandı. Bu bayram münasibətilə ölkəmizdə 2 gün qeyri iş günü elan edildi.

 

İslam dini humanizm, bərabərlik və qardaşlıq təbliğ edən bir dindir. Dinimiz gigər səmavi dinlərə də hörmət və izzət göstərməyimizi tövsiyə edir. Buna əsaslanan Azərbaycan xalqı ölkəmizdə yaşayan digər xalqlara və başqa dini mənsublara hörmətlə yanaşır. Azərbaycan dünyada tolerantlığın və multikulturalizmin nümunəvi daşıyıcısı kimi tanınır. Azərbaycanda bütün xalqlar dini mənsubiyyətlərindən asılı olmayaraq bir ailə kimi yaşayırlar. Bu hörmətə və qayğıya əsaslanaraq Qurban bayramı günlərində başqa dinə mənsub xalqlar da Azərbaycan xalqını təbrik edirlər.

 

Ümummilli lider Heydər Əliyev hər il Qurban bayramı münasibətilə Azərbaycan xalqını da təbrik edirdi. Ulu Öndər hər il Qurban bayramı günlərində sadə xalqla görüşər, qaçqın və məcburi köçkünlərə baş çəkərdi. Bu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkə başçısı hər il Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir, ən xoş arzular diləyir. Prezident cənab İlham Əliyev mənsub olduğu İslam dinini hər zaman uca tutur, bu dinin bərabərlik, qardaşlıq dini olduğunu bütün dünyaya çatdırır. Cənab Prezidentin İslam dininə aid ənənələrinə sadiqliyinə və gözəl təbliğinə , Azərbaycan xalqının İslam dəyərlərinə verdiyi qiymətə görə 2009 cu ildə Bakı şəhəri, 2018 ci ildə Naxçıvan şəhəri İslam mədəniyyətinin paytaxtı elan edilmişdir. 2017 ci ildə IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsinə qərar verilməsi də bu etimadın nəticəsi idi.

 

Ulu Öndər Heydər Əliyev hər zaman İslam dininin müqəddəs yerlərini ziyarət edərdi. İlham Əliyev də bu yolu layiqincə davam etdirir. Mənsub olduğu İslam dinini sevən və ehtiram göstərən ölkə başçısı bir neçə dəfə Məkkədə olmuş və müqəddəs Kəbə daşı ətrafında dualar etmişdir. Şuşa şəhərinin işğaldan azad edilməsi xəbərini xalqa çatdıran Prezident Məkkəyə hər ziyarəti zamanı Ulu Tanrıdan Qarabağı azad etməkdə ona yardımçı olmağı xahiş etdiyini söyləmişdir. Uca Tanrı sevdiyi bəndələrinin ürəkdən arzuladığı bütün niyyətləri yerinə yetirir.
Bu gün Azərbaycan xalqının öz dinini uca tutan, ona ehtiram göstərən və öz xalqını sevən bir lideri var. Uca Tanrı Azərbaycan xalqını və onun lideri İlham Əliyevi qorusun.

 

Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV