Modern.az

Ərə verilən 16 yaşlı qızın valideyinləri polisə ÇAĞIRILDI

Ərə verilən 16 yaşlı qızın valideyinləri polisə ÇAĞIRILDI

Aktual

13 İyul 2021, 11:41

Sosial şəbəkələrdə Şəkinin Kiçik Dəhnə kəndində yeniyetmə qızın ərə verilməsi ilə bağlı videogörüntülər yayılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Modern.az-a açıqlamasında bildirib ki, yayılan görüntülər əsasında Şəhər Rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb.

 

Araşdırma zamanı 2005-ci il təvəllüdlü M.H ilə 1991-ci il təvəllüdlü M.S-nin evləndirilməsi faktı öz təsdiqini tapıb.

 

Yeniyetmənin valideynləri polisə dəvət olunub və onların izahatları alınıb.

 

Hazırda Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV