Modern.az

UEFA AVRO-2020-nin simvolik komandasını açıqladı

UEFA AVRO-2020-nin simvolik komandasını açıqladı

Aktual

13 İyul 2021, 14:16

UEFA AVRO-2020-nin simvolik komandasını açıqlayıb.

 

Modern.az-ın məlumatına görə, rəmzi “11-lik”də çempion İtaliya və finalçı İngiltərə yığması 3 futbolçu ilə təmsil olunub.

 

Bundan başqa, Danimarkanın 2, İsveçrə, Fransa və Portuqaliyanın 1 oyunçusu heyətdə özünə yer tapa bilib.

 

5 qolla turnirin bombardiri olan Kriştiano Ronaldo ardıcıl 4-cü dəfə Avropa çempionatının simvolik komandasına düşüb. Portuqaliya millisinin kapitanı AVRO-2004, AVRO-2012 və AVRO-2016-da da rəmzi “11-lik”də olub.

 

Qapıçı: Canluici Donnarumma (İtaliya);


Müdafiəçilər: Harri Maquayr, Lyuk Şou (hər ikisi İngiltərə), Corcio Kyellini (İtaliya), Yoakim Mehle (Danimarka);


Yarımmüdafiəçilər: Qranit Xaka (İsveçrə), Pol Poqba (Fransa), Federiko Kyeza (İtaliya);


Hücumçular: Rahim Sterlinq (İngiltərə), Kasper Dolberq (Danimarka), Kriştiano Ronaldo (Portuqaliya).

 

Qeyd edək ki, AVRO-2020-nin finalında İtaliya yığması penaltilər seriyası ilə İngiltərəni məğlub edərək, qitə çempionu olub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı