Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə yunanıstanlı həmkarı Dendias arasında telefon danışığı olub.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çavuşoğlu keçirdiyi telefon danışığında "Qalatasaray"a qarşı kobud və yaxşı niyyət timsalı olmayan rəftarın qəbul edilməz olduğunu bildirib.
Xarici işlər naziri Çavuşoğlu sosial media hesabında açıqlama yayıb.
Açıqlamanı təqdim edirik:
““Qalatasaray” Futbol Komandamıza Yunanıstanda göstərilən davşanış xoşməramlılıq, centlmenliklə üst-üstə gəlməyən rəftardır, qəbuledilməzdir. Türkiyə hər zaman idman komandalarının yanındadır”-deyə bildirib.
Xatırladaq ki, dünən "Qalatasaray" yunan komandası "Olimpiakos"la yoxlama görüşü üçün getdiyi Afinadakı hava limanında bir müddət gözlətdirilib. Daha sonra yenidən koronavirus testi tələb edilsə də, "sarı-qırmızılılar" buna qarşı çıxıblar. Aeroport əməkdaşları problem yaratmaqda davam edincə, "Qalatasaray" vətənə qayıtmaq qərarına gəlib.
Mehri Qurban