Modern.az

Ukraynanın daxili işlər naziri İSTEFA VERDİ

Ukraynanın daxili işlər naziri İSTEFA VERDİ

Aktual

13 İyul 2021, 19:20

Ukraynanın daxili işlər naziri Arsen Avakov istefa ərizəsi yazıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Vesti.ua” portalı “Xalqın xidmətçisi” fraksiyasındakı mənbəyə istinadən məlumat yayıb.

 

Bildirilib ki, Ukrayna parlamenti iyulun 15-də keçiriləcək iclasda daxili işlər nazirinin istefa ərizəsinə baxacaq.

 

Ukrayna Daxili İşlər Nazirliyi faktı təsdiqləyib.

 

Qeyd edək ki, erməni əsilli Arsen Avakov 2014-cü ildən Ukraynanın daxili işlər naziridir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı