Modern.az

ABŞ-da inflyasiya son 13 ilin ən yüksək səviyyəsinə çatıb

ABŞ-da inflyasiya son 13 ilin ən yüksək səviyyəsinə çatıb

Aktual

13 İyul 2021, 20:07

İyun ayının sonunda ABŞ-da istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə ABŞ Əmək Nazirliyinin hesabatında deyilir.

 

Bu göstərici 2008-ci ilin avqustundan sonra qeydə alınan ən yüksək rəqəm olub. Həmin vaxt da ABŞ-da inflyasiya 5,4 faiz təşkil etmişdi.

 

İyun ayında aylıq inflyasiya da 0,9 faiz təşkil edib.

 

Bu ilin mayında ABŞ-da inflyasiya göstəriciləri illik 5 faiz, aylıq 0,6 faiz təşkil etmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı