Modern.az

Maduronu PUA ilə öldürmək istəyiblər

Maduronu PUA ilə öldürmək istəyiblər

Aktual

13 İyul 2021, 20:20

Venesuela Prezidenti Nikolas Maduro son dövrlərdə ona qarşı iki sui-qəsdin hazırlandığını açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə “VTV Canal 8” məlumat yayıb.

 

Onun sözlərinə görə, ilk sui-qəsd iyunun 24-də Karabobo savaşının 200 illiyinin qeyd olunması zamanı planlaşdırılıb. Hücumun pilotsuz uçuş aparatlarının (PUA) köməyi ilə təşkil olunması nəzərdə tutulsa da, xüsusi xidmət orqanları bunun qarşısını alıb.

 

Dövlət başçısı faktla bağlı araşdırma aparıldığı üçün bu barədə ilk dəfə danışdığını qeyd edib.

 

“5 iyulda parad zamanı da mənə sui-qəsd hazırlanmışdı”, - deyə N.Maduro bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı