Modern.az

Fransada seçkilərin tarixi etirazla qarşılandı

Fransada seçkilərin tarixi etirazla qarşılandı

Aktual

13 İyul 2021, 21:43

Gələn il Fransada keçiriləcək prezident seçkilərinin vaxtı rəsmi olaraq elan edilib.

 

Modern.az xəbər verir ki, hökumətin sözçüsü prezident seçkilərinin birinci turunun gələn il aprelin 10-da, ikinci turunun isə aprelin 24-də keçiriləcəyini söyləyib.

 

Bildirilib ki, prezident seçkilərindən sonra iyunun 12 və 19-da ölkədə parlament seçkiləri keçiriləcək.

 

Bir çox siyasətçilər seçki tarixləri ilə bağl tənqidi fikirlərini bildiriblər. Qeyd ediblər ki, seçki tarixləri tətil vaxtı ilə üst-üstə düşür və sağçı və ifrat sağçı partiyaların olduğu regionlarda seçici iştirakına mənfi təsir edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı