Modern.az

Pakistanda avtobus partladı: ölən və yaralananlar var

Pakistanda avtobus partladı: ölən və yaralananlar var

Aktual

14 İyul 2021, 12:22

Pakistanın şimalında yerləşən Xeybər-Paxtunxva əyalətində avtobusun partlaması nəticəsində 10 nəfər ölüb, 39 nəfər yaralanıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə əyalətin Hazara regionu administrasiyasının əməkdaşı bildirib.

 

Onun sözlərinə görə, içərsində 30-dan çox çinli mühəndislər olan avtobus Hazara rayonunun Yuxarı Kuhistan kəndində partlayıb. Partlayış nəticəsində ölənlərdən 4-ü Çin vətəndaşıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?