Modern.az

Rafael Ağayev finalda - YENİLƏNİB

Rafael Ağayev finalda - YENİLƏNİB

Aktual

6 Avqust 2021, 16:18

Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

 

Modern.az-ın məlumatına görə, 75 kq-da mübarizə aparan idmançı macarıstanlı Qabor Karoli Harspataki ilə qarşılaşıb.

 

Rəqibinə 7:0 hesabı ilə qalib gələn 5 qat dünya və 11 qat Avropa çempionu adını finala yazdırıb və ən azı gümüş medalı təmin edib.

 

****

14:15

 

Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

 

Modern.az xəbər verir ki, 75 kq-dakı idmançı B qrupundakı üçüncü döyüşündə qazaxıstanlı Nurkanat Ajiqanovla qarşılaşıb. Ağayev rəqibinə 3:2 hesabı ilə qalib gəlib. Bununla da o, yarımfinala vəsiqə qazanıb.

 

***

13:35

 

Karateçimiz Rafael Ağayev növbəti görüşünü keçirib.

 

Modern.az xəbər verir ki, 75 kq çəki dərəcəsində çıxış edən idmançı B qrupundakı ikinci döyüşündə Avstraliya təmsilçisi Tsuneari Yahiro ilə üz-üzə gəlib. O rəqibini 5:0 hesabı ilə üstələyib. Təmsilçimiz üçüncü qarşılaşmasını Nurkanat Ajiqanova (Qazaxıstan) qarşı keçirəcək.

 

***

12:34

 

Karateçimiz Rafael Ağayev Tokio-2020-də mübarizəyə başlayıb.

 

Modern.az xəbər verir ki, 75 kq çəki dərəcəsində çıxış edən idmançımız ilk görüşündə Almaniya təmsilçisi Noa Biçlə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

 

B qrupunda çıxış edən Ağayev növbəti döyüşünü Çuneari Yahiro (Avstraliya) ilə keçirəcək.

 

Qeyd edək ki, qrupda ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.

 

 

 




 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?