Modern.az

Karateçimiz Avropa çempionatının finalında  

Karateçimiz Avropa çempionatının finalında  

Aktual

21 Avqust 2021, 16:48

Azərbaycanın daha bir karateçisi yeniyetmə və gənclər arasında Avropa çempionatının finalına yüksəlib.

 

Modern.az xəbər verir ki, Finlandiyanın Tampere şəhərində keçirilən yarışın ikinci günündə 5 karateçimiz mübarizəyə qoşulub. Onlardan 16-17 yaşlı gənclər arasında kumite yarışlarında Rumil Cəfərli (76 kq) böyük əzmkarlıq göstərərək adını finala yazdırıb. İdmançımız çempionatda litvalı Titas Qrinasa (9:0), isveçrəli Qabriel Di Gioinaya (7:0) və Ermənistan idmançısı Robert Hovannisyana (*2:2) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Belarus karateçisi Lukas Deprinsi minimal hesabla məğlub edən R.Cəfərli finala yüksəlib. Həlledici mərhələdə onun rəqibi Kipr təmsilçisi Louzos Vasiliu olacaq.

 

Qeyd edək ki, qitə çempionatının birinci günündə kumite üzrə 14-15 yaşlı yeniyetmələrin mübarizəsində Nihad Kərimzadə (+70 kq) və Rəşid Süleymanov (63 kq) qızıl medal qazanıblar. Komandamızın digər üzvü Aysu Əliyeva (47 kq) isə bürünc medala sahib olub.

 

Yarış avqustun 22-dək davam edəcək.

 

Milli komandamız Avropa çempionatına 24 karateçi ilə qatılıb. Çempionatda 45 ölkədən 1008 idmançı iştirak edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı