Modern.az

Ağdaş sakinindən “patı” götürüldü  

Ağdaş sakinindən “patı” götürüldü  

Aktual

21 Avqust 2021, 17:21

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat keçirilib.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı Ağdaş şəhər sakini Elmin Xəlilzadə saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan psixotrop maddə olan metamfetamin (“patı”) aşkarlanaraq maddi sübut kimi götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı