Modern.az

"Araz Naxçıvan" ilk görüşdə qələbə qazandı

Aktual

21 Avqust 2021, 17:30

“Araz-Naxçıvan” futzal komandası UEFA Çempionlar Liqasının ilkin mərhələsinə qələbə ilə başlayıb.

 

Modern.az xəbər verir ki, son ölkə çempionu Latviyanın Salaspils şəhərində keçirilən ilk oyununda Cəbəllütariqin "Europa" kollektivini 9:2 hesabı ilə məğlub edib.

 

Naxçıvan təmsilçisi avqustun 22-də “Kampuksen Dinamo” (Finlandiya), iki gün sonra isə “Raba” (Latviya) klubu ilə qarşılaşacaq.

 

Qeyd edək ki, ilkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Reqlamentə uyğun olaraq, 9 komanda - 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı