Modern.az

Güləşçilərimiz dünya çempionatında iki medal qazandı

Güləşçilərimiz dünya çempionatında iki medal qazandı

Aktual

21 Avqust 2021, 19:23

Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb.

 

Modern.az xəbər verir ki, 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Muhammet Bakirlə üz-üzə gəlib.

 

Rəqibinə 1:3 hesabı ilə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib.

 

55 kq-da yarışan Elmir Əliyev qazaxıstanlı İsxar Kurbayevə qalib gələrək bürünc medal qazanıb. Aleksandr Primaçenkoya (Ukrayna) uduzan Laçın Vəliyev (87 kq) isə 5-ci olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı