Modern.az

Zaqatalada baş verən yanğın söndürüldü

Zaqatalada baş verən yanğın söndürüldü

Aktual

22 Avqust 2021, 00:19

Zaqatala rayonu, Car kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Yanğın zamanı 1 hektar sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.

 

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.

 

Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı