Modern.az

Ceyms Bond haqqında növbəti film

Ceyms Bond haqqında növbəti film

Aktual

22 Avqust 2021, 00:25

Məşhur britaniyalı xəfiyyə Ceyms Bond haqqında çəkilən növbəti filmin premyerası gələn ay Londonda baş tutacaq.

 

Modern.az xəbər verir ki, bu barədə filmin rəsmi “Twitter” səhifəsində qeyd olunub.

 

Film sentyabrın 30-da nümayiş olunacaq. Bond haqqında yeni filmin 2020-ci ilin aprelində işıq üzü görməsi nəzərdə tutulurdu, lakin koronavirus səbəbindən bir neçə dəfə təxirə salınmışdı.

 

“Ölmək zamanı deyil” (No Time to Die) adlı bu ekran əsəri Ceyms Bond haqqında çəkilən 25-ci filmdir. Hollivud aktyoru Daniel Kreyq Agent 007-ni sonuncu dəfə oynayacaq.

 

“Variety” jurnalı Kreyqin 100 milyon dollardan çox qazandığı bildirərək bu ilin ən çox qazanan Hollivud aktyoru olduğunu yazmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!