Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi davam edir.
Modern.az-ın məlumatına görə, 9-cu dəfə qitənin ən yaxşıları ilə mübarizə aparan Azərbaycan yığması bu gün növbəti matçına çıxacaq.
Vüqar Əliyevin yetirmələri Rusiya ilə görüşəcək. İlk iki turda Belçika ilə Bosniya və Herseqovinaya quru hesabla uduzan yığmamız güclü rəqib önündə də şanssız hesab olunur.
Millimiz çempionata ikinci heyətlə gələn şimallılarla qarşılaşmada möcüzə etməyə çalışacaq. Növbəti məğlubiyyət komandamızın 1/8 final şansını daha da çətinə salacaq.
Qeyd edək ki, yığmamızın yer aldığı A qrupunun matçları Serbiyanın paytaxtı Belqradda keçirilir.
AVRO-2021
Qrup mərhələsi
A qrupu, II tur
22 avqust
19:00. Rusiya – Azərbaycan
Belqrad. “Ştark Arena”
| yer | komanda | O | Q | M | S/F | T/F | X |
| 1 | Serbiya | 2 | 2 | 0 | 6-0 | 150-86 | 6 |
| 2 | Belçika | 1 | 1 | 0 | 3-0 | 76-50 | 3 |
| 3 | Rusiya | 1 | 1 | 0 | 3-1 | 89-82 | 3 |
| 4 | Bosniya və H. | 2 | 1 | 1 | 3-3 | 118-129 | 3 |
| 5 | Fransa | 2 | 0 | 2 | 1-6 | 125-164 | 0 |
| 6 | Azərbaycan | 0 | 0 | 2 | 0-6 | 104-151 | 0 |