Modern.az

Çempionlar Liqası: “Araz-Naxçıvan” ikinci duelinə çıxır 

Çempionlar Liqası: “Araz-Naxçıvan” ikinci duelinə çıxır 

Aktual

22 Avqust 2021, 10:37

Bu gün “Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasının ilkin mərhələsində ikinci görüşünü keçirəcək.


Modern.az xəbər verir ki, Azərbaycan çempionu Latviyanın Salaspils şəhərində Finlandiyanın “Kampuksen Dinamo” klubu ilə üz-üzə gələcək.


Komandamız ilk oyununda Cəbəllütariqin “Europa” kollektivini 9:2 hesabı ilə məğlub edib.


Naxçıvan təmsilçisi qrupda sonuncu oyununu avqustun 24-də “Raba” (Latviya) klubuna qarşı keçirəcək.


Qeyd edək ki, ilkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Reqlamentə uyğun olaraq, 9 komanda - 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı