Modern.az

Təhlükəli vəziyyətlə üzləşən şəxs xilas edildi

Təhlükəli vəziyyətlə üzləşən şəxs xilas edildi

Aktual

22 Avqust 2021, 11:30

Fövqəladə Hallar Nazirliyinin (FHN ) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin eyvanında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, nazirliyiin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal çağırış ünvana cəlb olunub.

 

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş yaşadığı mənzilin eyvanından birinci mərtəbənin artırmasının damına çıxıb və yaş həddinin çoxluğu səbəbindən geri qayıda bilməyib. Vətəndaş xilasedicilər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı