Modern.az

Avropa Çempionatı: Karateçilərimiz mübarizəyə qoşuldu

Avropa Çempionatı: Karateçilərimiz mübarizəyə qoşuldu

Aktual

22 Avqust 2021, 11:51

Azərbaycan karateçilərinin də qatıldığı yeniyetmə və gənclər arasında Avropa çempionatı davam edir.


Modern.az xəbər verir ki, son yarış günündə 18-21 yaşadək gənclərimiz mübarizəyə qoşulublar. Belə ki, kişilər arasında Əminağa Quliyev (60 kiloqram), Hüseyn Məmmədli (67 kiloqram), Hüseyn Hüseynzadə (84 kiloqram), Musa Sarızadə (84 kiloqramdan yuxarı) iştirak edir.


Qadınların yarışında isə təmsilçilərimiz İnci Əzizova (50 kiloqram), Mədinə Sadıqova (55 kiloqram), Renata Ərəbli (61 kiloqram), Zəhra Əliverdiyeva (68 kiloqram) mübarizə aparırlar.


Qeyd edək ki, qitə çempionatında kumite üzrə 14-15 yaşlı yeniyetmələrin mübarizəsində Nihad Kərimzadə (+70 kiloqram) və Rəşid Süleymanov (63 kiloqram) qızıl, Rumil Cəfərli (76 kiloqram) gümüş medal qazanıblar.


Komandamızın digər üzvü Aysu Əliyeva (47 kiloqram) isə bürünc medala sahib olub.
Milli komandamız Avropa çempionatına 24 karateçi ilə qatılıb. Çempionatda 45 ölkədən 1008 idmançı iştirak edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi