Modern.az

Muradov polisə çağırıldı, araşdırma aparılır

Muradov polisə çağırıldı, araşdırma aparılır

Aktual

22 Avqust 2021, 13:16

Sosial şəbəkələrdə Qəbələ rayonu Nic qəsəbə sakini Ruslan Muradovun döyülməsi ilə bağlı iddialar yayılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, R.Muradovun döyülməsi ilə bağlı Qəbələ Rayon Polis Şöbəsinə özü, yaxud yaxınları tərəfindən hansısa şikayət xarakterli müraciət daxil olmayıb.

 

Yayılan görüntülər əsasında o, polisə dəvət olunub və şikayətinin olub-olmadığı öyrənilib. R.Muradov isə Samir adlı şəxs və onun qohumu tərəfindən döyüldüyünü bildirib, barələrində qanuni tədbir görülməsini xahiş edib.

 

Hazırda həmin müraciət əsasında araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı