Modern.az

Güləşçimiz erməniyə qalib gələrək dünya çempionu oldu

Güləşçimiz erməniyə qalib gələrək dünya çempionu oldu

Aktual

22 Avqust 2021, 18:05

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov gənclər arasında keçirilən dünya çempionatının qalibi olub.

 

Modern.az-ın məlumatına görə, 67 kq çəki dərəcəsində mübarizə aparan Cəfərov Rusiyanın Ufa şəhərində təşkil olunan mundialda çempion tituluna yiyələnib.

 

Yarımfinalda Fransanı təmsil edən erməni əsilli Qaqik Snjoyana tam üstünlüklə qalib gələn güləşçimiz həlledici görüşdə Ermənistan idmançısı Sahak Ovanisyanı məğlub edib. O, rəqibinə 7:0 hesabı ilə qalib gələrək dünya çempionu titulunu qazanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi