Modern.az

“Neftçi” yeni mövsümdə ilk qələbəsini qazandı

“Neftçi” yeni mövsümdə ilk qələbəsini qazandı

Aktual

22 Avqust 2021, 20:36

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, günün ilk matçında çempionata heç-heçə ilə başlayan “Zirə” və “Neftçi” komandaları üz-üzə gəliblər.

 

Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Bu qələbədən sonra xallarını 4-ə çatdıran “Neftçi” 3-cü pilləyə yüksəlib. “Zirə” isə 1 xalla 5-ci sırada qalıb.

 

Turun son oyununda “Qarabağ” “Səbail”i qəbul edəcək. “Azersun Arena”da baş tutacaq görüş saat 20:30-da başlayacaq.

 

Qeyd edək ki, ilk oyun günündə “Qəbələ” evdə “Keşlə”ni 2:1, “Sumqayıt” isə “Sabah”ı 2:0 hesabı ilə məğlub edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı