Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulub.
Modern.az xəbər verir ki, turun son oyununda “Qarabağ” “Səbail”i qəbul edib. “Azersun Arena”dakı qarşılaşma Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra xallarının sayını 4-ə çatdıran “Qarabağ” 2-ci pilləyə yüksəlib. “Səbail” isə 3 xalla 5-ci sıraya geriləyib.
Qeyd edək ki, günün ilk oyununda “Neftçi” səfərdə “Zirə”ni 2:1 hesabı ilə məğlub edib. Ötən gün baş tutan matçlarda isə “Qəbələ” evdə “Keşlə”yə 2:1, “Sumqayıt” isə “Sabah”a 2:0 hesabı ilə qalib gəlib.