Modern.az

“Yuventus”un ilk oyunu heç-heçə bitdi

“Yuventus”un ilk oyunu heç-heçə bitdi

Aktual

23 Avqust 2021, 00:37

Futbol üzrə İtaliya çempionatının ilk turunda Turinin “Yuventus” klubu “Udineze” ilə heç-heçə edib.

 

Modern.az xəbər verir ki, 2:2 hesabı ilə bitən görüş Udin şəhərindəki “Dacia Arena”da keçirilib.

 

“Yuventus”dan qolları Paolo Dibala (3-cü dəqiqə) və Xuan Kuadrado (23), “Udineze”dən isə Roberto Pereyra (51 - penaltidən) və Jerar Delofeu (84) vurublar. Matça əlavə olunan dördüncü dəqiqədə Kriştianu Ronaldonun qolu hakim videoassistenti (VAR) sistemindən istifadə edildikdən sonra ləğv olunub.

 

Növbəti turda “Yuventus” 28 avqustda öz meydanında “Empoli” ilə oynanılacaq, “Udineze” bir gün əvvəl “Venesiya”nı qəbul edəcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı