Modern.az

Bakıda şadlıq evi yandı

Bakıda şadlıq evi yandı

Aktual

3 Noyabr 2012, 22:37

Bu gün paytaxtda yerləşən şadlıq evlərindən birində yanğın olub. Modern.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Binəqədi rayonunda yerləşən “Clear” şadlıq sarayının reklam lövhəsi və dam örtüyünün 20 kv.m sahəsi yanıb.

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər tərəfindən restorandan 30-a yaxın insan təxliyyə edilib. Restoran yanğından mühafizə olunub. Yanğın saat 19:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı