Modern.az

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycan Pakistana başsağlığı verdi

Aktual

7 Oktyabr 2021, 10:40

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi tviter hesabında qeyd olunub.

 

“Pakistanın Bəlucistan əyalətində baş verən zəlzələ xəbəri bizi çox kədərləndirdi. Zəlzələ qurbanlarının ailələrinə başsağlığı verir, yaralıların hamısına tezliklə şəfa diləyirik. Zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün qardaşlarımızın yanındayıq”, - deyə açıqlamada bildirilib.

 

Qeyd edək ki, Pakistanda baş vermiş 5,7 bal gücündə zəlzələ nəticəsində 20 nəfər həlak olub, 300-dən çox şəxs xəsarət alıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı