Modern.az

Bəzi marşrutların hərəkət sxemi dəyişdirildi

Bəzi marşrutların hərəkət sxemi dəyişdirildi

Aktual

7 Oktyabr 2021, 11:00

Çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, 149 və 164 nömrəli müntəzəm marşrutun hərəkət sxemlərində dəyişikliklər edilib.

 

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumata görə, dəyişiklik əsasında 149 nömrəli marşrutun son dayanacaq məntəqəsi 20-ci Sahə, 164 nömrəli marşrutun son dayanacaq məntəqəsi isə Lökbatan qəsəbəsi (Mədəniyyət sarayı) olaraq müəyyən edilib.

 

Bununla yanaşı, Sanqaçal qəsəbəsində vətəndaşların ictimai nəqliyyatdan istifadəsində yaranan çətinliyin aradan qaldırılması məqsədilə Sanqaçal qəsəbəsi – “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində 196 nömrə adı altında yeni şəhərətrafı müntəzəm marşrut təşkil edilib.

 

Marşrutlar üzrə avtobusların hərəkəti sərnişin təlabatına uyğun olaraq tənzimlənəcək. 

 

Qeyd edək ki, edilən dəyişikliklər oktyabrın 9-dan həyata keçiriləcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı