Modern.az

Uşaqlara “Pfizer” vaksini vurulmasının səbəbi AÇIQLANDI

Uşaqlara “Pfizer” vaksini vurulmasının səbəbi AÇIQLANDI

Aktual

7 Oktyabr 2021, 13:21

Səhiyyə Nazirliyi artıq Bakı Sağlamlıq Mərkəzində uşaqların könüllü xarakterli vaksinasiyasına başlayıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxsin (TƏBİB) İdarə Heyətinin sədri vəzifələrini icra edən Vüqar Qurbanov Milli Məclisin Səhiyyə komitəsində keçirilən “Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə” dinləmədə deyib.

 

O uşaqların “Pfizer” vaksini ilə peyvəndlənməsinin səbəbini açıqlayıb: “Bu yaş qruplarına bu vaksinin vurulması elmi sübutlarla təsdiq olunub. Ona görə də bu tədbir həyata keçirilir”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı