Modern.az

Rusiya Bakıya yeni aviareys açır

Rusiya Bakıya yeni aviareys açır

Aktual

7 Oktyabr 2021, 18:41

Rusiyanın "Red Wings Airlines" aviaşirkəti 2022-ci ildə Yekaterinburqdan Bakıya reyslər həyata keçirməyi planlaşdırır.

 

Modern.az-ın məlumatına görə, bunu şirkətin baş direktoru Yevgeni Klyuçaryov deyib.

 

Onun sözlərinə görə, şirkət gələn il 30 beynəlxalq və regional istiqamətdə uçuşlar reallaşdırmağı hədəfləyib.

 

Qeyd edək ki, 2021-ci ildə "Red Wings Airlines" şirkətinə Saratov, Nijni Novqorod, Mineralnıe Vodı, Ufa, Omsk, Volqoqrad və Mahaçqaladan Bakıya uçuşlar üçün lisenziya verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şuşanın girişində pusquya düşdük - Xüsusi təyinatlı zabit