Modern.az

Şamaxıdakı partlayışla bağlı cinayət işi AÇILDI

Şamaxıdakı partlayışla bağlı cinayət işi AÇILDI

Aktual

22 Oktyabr 2021, 10:35

2 oktyabr 2021-ci ildə Şamaxı şəhər sakini MirDaşqın Babayevin yaşadığı evin hamam otağında  qaz sızması ilə əlaqədar baş vermiş partlayış nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alması və aldığı xəsarətlərdən oktyabrın 3-də müalicə olunduğu xəstəxanada ölməsi faktı araşdırılıb.

 

Şamaxı rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə  cinayət işi başlanıb.

 

Rəsmi məlumata görə, hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!