Modern.az

Kamilə Əliyeva şəhid ailələrini ziyarət edib

Kamilə Əliyeva şəhid ailələrini ziyarət edib

Aktual

22 Oktyabr 2021, 12:03

Milli Məclisin deputatı Kamilə Əliyeva Vətən Müharibəsində qəhrəmanlıq və şücaət göstərən Zaqatala rayonu Aşağı Çardaqlar kəndində Abakarov Nail, Mehdiyev Zöhrab, Balakən rayonunun Hənifə kəndində Kərimov Elmir, İtitala kəndində Əliyev İmam, Kortala kəndində Qaracayev Nurlan, Mahamalar kəndində Məmmədov Elmar, Katexdə Təmirov Yusifin ailələrini ziyarət etmiş, onların qayğı və problemləri ilə maraqlanıb.

 

Deputatın qərargahindan Modern.az-a bildirilib ki, Prezidentin sərəncamları ilə Təmirov Yusif “Vərtən uğrunda”, “Suqovuşanın azad edilməsinə görə” medalları,Əliyev İmam “Vətən uğrunda”, “İgidliyə görə” medalları, Qaracayev Nurlan “Vətən uğrunda” medalı,Məmmədov Elmar “Vətən uğrunda, ”Suqovuşanın azad edilməsinə görə”, Kərimov Elmir “Vətən uğrunda”, “Suqovuşanın azad edilməsinə görə” və “Cəsur döyüşçü” medalları ilə təltif ediliblər.

 

Ailə üzvləri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı