Modern.az

Əfqanıstandakı silahlı toqquşmada 17 nəfər öldü

Əfqanıstandakı silahlı toqquşmada 17 nəfər öldü

Aktual

25 Oktyabr 2021, 07:34

Əfqanıstanın Herat şəhərində "Taliban" hərəkatı və silahlı qruplaşma arasında baş verən silahlı toqquşmada azı 17 nəfər ölüb.

 

Modern.az-ın məlumatına görə, bu barədə yerli "Ettelaat" qəzeti xəbər verib.

 

Məlumata əsasən, şəhərin küçələrində nahar vaxtı başlayan atışma bütün gün davam edib. Ölənlər arasında yeddi uşaq və üç qadın da var. Bundan əlavə, bir neçə mülki şəxs yaralanaraq xəstəxanaya çatdırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
GƏRGİN MÜZAKİRƏ! Ukrayna savaşı dayandırılır - Qalib kim olacaq?