"Davamlı inkişafa məktəbdən başlayaq!" layihənin əsas məqsədi Tərtər rayonunun Seyidimli kənd məktəbliləri üçün maliyyə savadlılığı və resurslarının artırılması ilə bağlı ilkin bacarıqların formalaşdırılması ilə yanaşı, onları müasir iqtisadiyyatın innovativ istiqamətləri ilə tanış edərək bu istiqamətlərdə ixtisas seçimini təşviq etməkdən ibarətdir.
Modern.az xəbər verir ki, layihə boyunca şagirdlərə sahibkarlıq və innovasiyalar ilə bağlı təlimlər keçiriləcək, karyerasında uğur qazanan insanlarla “peşəkar tövsiyyəsi” görüşləri təşkil olunacaq, həmçinin fəal məktəblərin Bakıdakı innovasiya mərkəzləri və startapları ilə görüşləri planlaşdırılır.
"Davamlı inkişafa məktəbdən başlayaq!" layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiya üzrə qrant müsabiqəsi çərçivəsində Education HUB ilə əməkdaşlıqda Tərtər rayon Seydimli kənd müəlliməsi Aybəniz Cəfərova tərəfindən icra olunur.