Modern.az

Paşinyan "status"a YOX dedi

Paşinyan

Aktual

31 Oktyabr 2021, 11:58

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağın "statusu"na hələ bir il bundan əvvəl  "yox" deyib.

 

Modern.az Ermənistan mediasına istinadla xəbər verir ki, işğalçı ölkənin baş naziri Nikol Paşinyanın 19 oktyabr 2020-ci il tarixində müxalif Daşnaksütyun partiyasının parlamentdənkənar rəsmiləri ilə görüşünün bəzi detalları məlum olub.


 
Bu barədə “Hayastan” (Ermənistan - Red) blokundan deputat seçilən İşxan Saqatelyan məlumat verib.


 
O qeyd edib ki, görüş gərgin keçib:

 

“Oktyabrın 19-da o, müşavirəyə onunla başladı ki, vəziyyət ağırdır, itkilərimiz çoxdur. Soruşduq ki, heç olmasa "status" məsələsi varmı. Paşinyan da “yox” cavabını verdi".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir