Modern.az

Dörd boksçumuz 1/8 finalda

Dörd boksçumuz 1/8 finalda

Aktual

31 Oktyabr 2021, 13:48

Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatı davam edir.

 

Modern.az xəbər verir ki, bu gün dörd boksçumuz səkkizdəbir finalda mübarizə aparacaq.

 

Belə ki, Tayfur Əliyev (60 kq) Arslan Xatayev (Finlandiya), Sərxan Əliyev (71 kq) Yuta Akiyama (Yaponiya), Alfonso Dominqes (86 kq) Pol Aradoae (Rumıniya), Məhəmməd Abdullayev (+92 kq) isə Vladan Babiçlə (Serbiya) qüvvəsini sınayacaq.

 

Qeyd edək ki, ölkəmiz dünya çempionatında doqquz boksçu ilə təmsil olunur.

 

 
 
 
Sizə yeni x var
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir