Modern.az

ABŞ səfirliyi atəşə tutuldu

ABŞ səfirliyi atəşə tutuldu

Aktual

31 Oktyabr 2021, 16:09

İraqın paytaxtı Bağdad şəhərində terror aksiyası baş verib.

 

Modern.az İraq mətbuatına istinadla xəbər verir ki, Bağdadın Əl-Mansur rayonunda “Yaşıl vadi” adlanan ərazidə yerləşən ABŞ səfirliyinə 3 raket zərbəsi endirilib. Raketlər səfirliyə yaxın əraziyə düşüb. İnsan tələfatı olmasa da, rayonda yerləşən inzibatı binalara böyük maddi zərər dəyib.

 

Hadisə yerinə gələn İraqın xüsusi xidmət orqanlarının əməkdaşları geniş əməliyyat tədbirlərinə başlayıblar.

 

Qeyd edək ki, İraqdakı ABŞ səfirliyi dəfələrlə raket atəşinə məruz qalıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir