Modern.az

Kanalda qadın meyiti tapıldı

Kanalda qadın meyiti tapıldı

Aktual

31 Oktyabr 2021, 17:29

Qarabağ kanalının Bərdə rayonu, Həsənli kəndi ərazisindən keçən hissəsində qadın meyiti tapılıb. 

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə kanalın Həsənli kəndi ərazisindən keçən hissəsində aşkar edilən naməlum qadın meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

 

Müraciətlə əlaqədar FHN-nin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri göstərilən əraziyə cəlb olunub. Görülən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıya dil uzadan Saral payını aldı - Ərdoğan niyə indi onu qovdu?