Modern.az

Astarada tibbi aksiya - FOTOLAR

Astarada tibbi aksiya - FOTOLAR

Aktual

31 Oktyabr 2021, 20:44

Bu gün Astarada Zərifə Əlyeva adına Milli Oftamologiya Mərkəzinin Dəmir yolu Səyyar Klinikasının həyata keçirtdiyi Zəfər gününə həsr olunmuş tibbi aksiyasına start verilib.

 

Modern.az-ın məlumatına görə, aksiyada məqsəd rayonda göz xəstəliklərindən əziyyət çəkən şəhid ailələri, qazilər, onların ailə üzvlərinə və ehtiyyacı olan insanlara ödənişsiz müayinə və müalicələrin həyata keçirilməsidir.

 

Aparılan müayinələr əsasında əməliyyata ehtiyacı olan rayon sakinləri qeydiyyata alınaraq, paytaxtımızda dövlət hesabına əməliyyat olunacaqlar. 

 

Rayon icra hakimiyyətinin rəhbərliyi , YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov və rayon ictimaiyyətinin nümayəndələri nəcib aksiyanın görə Zərifə Əliyeva adına Milli Oftamologiya Mərkəzinin rəhbərliyinə və həkim heyətinə təşəkkürünü bildiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıya dil uzadan Saral payını aldı - Ərdoğan niyə indi onu qovdu?