Modern.az

Ötən ay minalardan təmizlənən ərazilər

Ötən ay minalardan təmizlənən ərazilər

Aktual

1 Noyabr 2021, 10:04

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə aylıq məlumatı açıqlayıb.

 

ANAMA-dan Modern.az-a bildirilib ki, oktyabrın 1-dən 31-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 338 piyada əleyhinə mina, 154 tank əleyhinə mina və 1389 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

 

408 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir