Modern.az

Qazaxıstan Azərbaycana uçuşları bərpa edir

Qazaxıstan Azərbaycana uçuşları bərpa edir

Aktual

1 Noyabr 2021, 10:15

2021-ci il noyabrın 7-dən etibarən Qazaxıstanın "Air Astana" aviaşirkəti Almatı-Bakı marşrutu ilə reyslərin həyata keçirilməsinə başlayacaq.

 

Modern.az-ın məlumatına görə, bununla əlaqədar Qazaxıstanın koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə qurumlararası komissiyasının qərarında deyilir.

 

Qeyd olunur ki, uçuşlar həftədə iki dəfə, cümə axşamı və bazar günləri həyata keçiriləcək.

 

Qərarda o da bildirilir ki, Qazaxıstandan Azərbaycana reyslərin sayının artırılması mövcud epidemioloji vəziyyətdən, eləcə də qurumlararası komissiyanın və Azərbaycanın müvafiq strukturlarının qərarlarından asılı olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!