Modern.az

İdman mərc oyunlarına görə rüsum tutulacaq

İdman mərc oyunlarına görə rüsum tutulacaq

Aktual

1 Noyabr 2021, 11:55

Azərbaycanda idman mərc oyunlarının həyata keçirilməsi məqsədilə hüquqi şəxsin akkreditasiyası haqqında qərarın verilməsi üçün dövlət rüsumu müəyyən edilir.

 

Modern.az-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna bununla bağlı dəyişiklik təklif olunur.

 

Dəyişikliyə əsasən, Azərbaycanda idman mərc oyunlarının həyata keçirilməsi məqsədilə hüquqi şəxsin akkreditasiyası haqqında qərarın verilməsi üçün dövlət rüsumu 2000 manat müəyyən edilir.

 

Qeyd edək ki, indiyə qədər bu məsələ Nazirlər Kabinetinin qərarı ilə tənzimlənirdi və dövlət rüsumu tutulmurdu.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıya dil uzadan Saral payını aldı - Ərdoğan niyə indi onu qovdu?